07 İyun 2026
Dünya futbolu

Mahir “Konyaspor”a qayıda bilər

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yenidən “Konyaspor”a qayıda bilər.

İdmanxeber.az “Anadoluda bugün” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının legioner limiti ilə bağlı son qərarından sonra Emreli əcnəbi oyunçu sayılmır.

Bu səbəbdən də klub oyunçunu yenidən icarəyə götürə bilər. Yekun qərarın yaxın günlərdə veriləcəyi bildirilib.

Xatırladaq ki, M.Emreli bu ilin fevralında icarə əsasında “Konyaspor”a keçib. O, Super Liqada 12 oyunda iştirak edib, 2 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43