07 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin potensial rəqiblərinin Bakıdakı matçının saatı açıqlandı

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Belarusun “Dinamo” (Minsk) klubları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 20-də oynanılacaq I təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.

Görüş “Qarabağ”a məxsus “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43