“Atletiko”nun hücumçusu Joao Feliksin gələcəyi qeyri-müəyyən olaraq qalır.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı 2022/23 mövsümünün ikinci hissəsini icarə əsasında “Çelsi”də keçirsə də, Madrid klubuna qayıdacaq. Feliksin karyerasını “Aston Villa”da davam etdirə biləcəyi, lakin futbolçunun bu komandada oynamaq istəmədiyi bildirilir.
O, ötən mövsüm londonluların heyətində 20 oyuna çıxıb, 4 qol vurub. İngiltərə klubu icarə müddəti bitdikdən sonra Feliksi almaqdan imtina edib.

