07 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin Rusiyadakı oyunları ölkəmizdə canlı yayımlanacaqmı? – AÇIQLAMA

“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində “MatÇ TV” turnirində iştirak edəcəyini xəbər vermişdik.

Paytaxt klubu sözügedən turnirdə iştirak etmək üçün artıq həmin şəhərdədir. Bakı təmsilçisi turnir çərçivəsində 3 oyun keçirəcək.

Komanda iyulun 1-də yerli “Zenit”, 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. Bəs, maraqlıdır oyunlar ölkəmizdə canlı yayımlanacaqmı?

Bu məsələyə aydınlıq gətirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:

“Turnirə heç bir Azərbaycan kanalı maraq göstərməyib. Bununla bağlı bizlə əlaqəyə keçən yoxdur. Turnirin “Neftçi TV”də yayımlanıb-yayımlanmayacağına gəlincə, bununla bağlı da konkret nəsə demək olmur. Qarşı tərəflə danışıqlarımız davam etsə də, hələlik razıllığa gələ bilməmişik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43