“Latsio”nun idman direktoru Ancelo Fabiani “Spartak”ın müdafiəçisi Danilu Xluseviçlə maraqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, Roma təmsilçisinin oyunçunu icarəyə götürmək istədiyi bildirilirdi. Ancaq klub rəsmisi “Xluseviçlə maraqlanmırıq” deyərək, iddiaları təkzib edib.
Ötən mövsüm 22 yaşlı futbolçu “Spartak”ın heyətində 35 oyun keçirib və 4 məhsuldar ötürmə verib.

