“İnter” daha bir türkiyəli oyunçunu heyətinə qata bilər.
İdmanxeber.az-ın məlumatına görə, Şkrinyarın komandadan ayrılmasından sonra “İnter” gözünü Türkiyə millisinin müdafiəçisi Merih Demirala dikib.
“Atalanta”da oynamaqda çətinlik çəkən oyunçunun da bu transferə müsbət yanaşdığı bildirilir.
Keçən mövsümün əvvəlində birdəfəlik “Atalanta”ya transfer olunan 25 yaşındakı müdafiəçi, 70 oyuna çıxıb, 3 qol vurub və 3 asist etməklə yadda qalıb.
Xatırladaq ki, Türkiyə millisinin digər bir üzvü Hakan Çalhanoğlu da “İnter” də çıxış edir.

