07 İyun 2026
Dünya futbolu

“Bavariya” gürcüstanlı qapıçını istəyir

“Bavariya” heyətini yeni oyunçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya təmsilçisinin qapıçı siyahısına Giorgi Mamardaşvili də daxil olub. İngilis və italyan klublarından sonra gürcü qapıçı ilə Münhen təmsilçisi də maraqlanmağa başlayıb.

22 yaşlı qolkiper 2021-ci ildə “Dinamo”dan (Tbilisi) “Valensiya”ya transfer olmuşdu. Bu 2 il ərzində o, bütün turnirlərdə Mestalya təmsilçisi ilə 63 oyuna çıxıb və qapısını 18 dəfə qola qapamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43