“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Fransaya köçməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı portuqaliyalı PSJ-yə keçmək istəyir. İngiltərə komandasının baş məşqçisi Xosep Qvardiola futbolçunun ayrılmasını istəməsə də, Silva artıq qərarını verib.
2022/23 mövsümündə yarımmüdafiəçi 54 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Portal “Transfermarkt” oyunçunu 80 milyon avro qiymətləndirir.

