20 İyun 2026
Dünya futbolu

İsveçrəli futbolçu “Bayer”də

“Bayer” (Leverkuzen) Qranit Caka üçün “Arsenal” ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu uzun müddətdir heyətinə qatmaq istədiyi isveçrəli futbolçu üçün 25 milyon avro qarşılığında London klubu ilə razılaşıb.

Caka 2016-cı ildən “Arsenal”da çıxış edirdi. Onun daha öncə də Bundesliqa təcrübəsi olub.

Futbolçu 4 mövsüm boyunca “Borussiya” (Münhenqladbax) forması geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43