04 İyul 2026
Ölkə futbolu

FİF rəhbərindən “Kəpəz” açıqlaması: “İmzalar atılana qədər…”

Futbolun İnkişaf Fondu “Kəpəz” klubuna sponsor axtarışlarını davam etdirir.

Bu barədə idmanxeber.az saytına qurumun rəhbəri Tural Piriyev məlumat verib. O bildirib ki, məsələ ilə bağlı danışıqlar getsə də, konkret nəticə yoxdur:

“Bəzi iş adamları ilə görüşlərimiz davam edir. Ancaq imzalar atılana qədər nəsə demək düzgün olmaz. Müsbət nəticə olanda məlumat verəcəyik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43