FİFA Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr”ə transfer qadağısı qoyub.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb klubun Ahmet Musa transferi üçün “Lester”ə bonusları ödəməməsidir.
Müqavilənin şərtlərində bildirilib ki, futbolçu komandada oynayarkən təyin edilən hədəflərə çatarsa, “Əl-Nəsr” İngiltərə klubuna daha 460 min avro ödəməli olacaq.
İdman Arbitraj Məhkəməsi (CAS) “Lester”in xeyrinə qərar çıxarmasına baxmayaraq, klub hələ də ödənişi etməyib.
Xatırladaq ki, Musa 2016-cı ildə 16 milyon avro qarşılığında “Lester”dən Səudiyyə Ərəbistanı təmsilçisinə transfer edilmişdi.

