28 Noyabr 2024
Dünya futbolu

Ərəblər istəyir, Qvardiola buraxmır

“Mançester Siti”nin hücumçusu Riyad Mahrez “Əl Əhli”yə keçə bilər.

İdmanxeber.az-ın məlumata görə, Premyer Liqa klubu da onu komandada saxlamaq niyyətindədir. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola 32 yaşlı əlcəzairli ilə danışıq aparır.

Mahrez 2022/23 mövsümündə “Mançester Siti”nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə verib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43