Növbəti mövsüm də I Liqada çıxış edəcək “Zaqatala” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi heyətinə üç futbolçu cəlb edib. Bunlar ötən mövsümü “Şamaxı 2″da keçirən Nicat Oruclu, “Səbail 2″də çıxış etmiş Firuz Əhmədov və “Mingəçevir” formasını geyinən Rüstəm Nuruyevdir.
Adı çəkilən oyunçularla yanaşı, “Zaqatala” heyətinə legioner futbolçular da qatmaq niyyətindədi. Klub rəhbərliyi hazırda bu istiqamətdə çalışmalarını davam etdirir.