Ötən mövsüm Premyer Liqa ilə vidalaşan “Şamaxı” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi “Kəpəz”in oyunçusu Samir Məhərrəmli ilə “Turan Tovuz”un müdafiəçisi Xəyyam Hüseynovu rənglərinə bağlayıb. U-21 millimizin üzvləri ilə bir illik müqavilə imzalanıb.
Bölgə təmsilçisinin daha bir neçə oyunçu ilə danışıq apardığı və yaxın vaxtda onların da adlarını bəlli olacağı bildirilir.