“Turan Tovuz” yeni mövsümdə daha da iddialı heyət formalaşdırmaq niyyətindədi.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qərb bölgəsi təmsilçisinin sponsoru olan “Huner Group” yeni mövsümdən kluba 2 milyon manat büdcə ayırıb. Dövlətdən ayrılan 3 milyonla bərabər Tovuz təmsilçisinin növbəti mövsümdə güclü bir heyət yığacağı gözlənilir.
Ötən mövsüm Premyer Liqada qalmağı bacaran “Turan Tovuz” ölkə kubokunda da yarımfinal mərhələsinə qədər irəliləmişdi.
Qarşıdakı mövsümdə isə klubun hədəfləri daha da böyük olacaq.