Peşəkar Futbol Liqası növbəti mövsüm Premyer Liqa sponsorluğu üçün bir müddətdir çalışmalara davam edir.
Danışıq aparılan şirkətlərdən biri ötən mövsüm də çempionatın sponsoru olan “Misli”dir. Bununla yanaşı, PFL adı açıqlamayan daha bir şirkətlə görüşmələrini davam etdirirdi.
Ancaq növbəti mövsüm də Premyer Liqanın sponsoru yenidən “Misli” şirkəti olacaq. Tərəflər arasında bəzi detallarda fikir ayırlığı olsa da, artıq razılıq əldə olunub.
Bu ayın sonuna qədər “Misli”nin yenidən Premyer Liqaya sponsor olacağı rəsmən açıqlanacaq.
İdmanxeber.az

