02 İyul 2026
Dünya futbolu

PSJ mərakeşli qapıçını istəyir

PSJ “Sevilya”nın qapıçısı Yasin Bunu transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, parislilər 32 yaşlı mərakeşli üçün 12 milyon avro təklif ediblər. “Sevilya” 15 milyon və əlavə 3 milyon bonus tələb edir.

Daha əvvəl qapıçıya “Əl Nəsr” və “Bavariya”nın maraq göstərdiyi bildirilirdi.

Bunu 2020-ci ilin sentyabrından İspaniya klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir. 

O,  2022/23 mövsümündə bütün yarışlarda 36 oyuna çıxıb və 60 qol buraxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43