“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker “Bavariya”ya 15 milyon avroya başa gələ bilər.
İdmanxeber.az-ın məlumatına görə, münhenlilər 33 yaşlı ingilisə daha bir il uzadılma ehtimalı ilə 2 illik müqavilə təklif edəcək. Uolker klubu tərk etmək istədiyini baş məşqçi Xosep Qvardiolaya bildirib.
Müdafiəçi 2017-ci ildən “Siti”də çıxış edir. Komanda ilə o, 5 dəfə İngiltərə çempionu, 2 ölkə, 4 Liqa kuboku və bir Çempionlar Liqası qazanıb.
Uolker ötən mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.

