02 İyul 2026
Dünya futbolu

Ayda keçiriləcək futbol matçının vaxtı açıqlandı

Ayın səthində ilk futbol matçı 2035-ci ildə keçirilə bilər.

İdmanxeber.az xəbər verir ki, bu qənaətə Britaniya Mühəndislik və Texnologiya İnstitutunun alimləri gəliblər.

Layihənin məqsədlərindən biri gəncləri ruhlandırmaq, onlara elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində karyeranın necə ola biləcəyini göstərməkdir.

Qarşılaşmada adisindən 1,5 dəfə böyük olan topdan istifadə olunacaq. Bildirilir ki, top yeni nəsil aerogeldən hazırlanacaq. Avadanlıq olaraq, quraşdırılmış diz və dirsək yastıqları olan hermetik kostyum veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43