Millimizin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda debüt edib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Utai Tani”ə qarşı yoxlama matçında start heyətdə yer alıb.
Görüş “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə 2 illik müqavilə bağlayıb.

