01 İyul 2026
Ölkə futbolu

“Sabah” Latviyada dəstəksiz qalmayacaq

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsinin səfər oyununda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisimizi Latviyanın RFŞ komandası ilə görüşdə 100-ə yaxın azarkeş qələbəyə səsləyəcək. Riqa şəhərində keçiriləcək matça Avropada yaşayan həmyerlilərimiz təşrif buyuracaq.

Qeyd edək ki, RFŞ – “Sabah” oyunu iyulun 26-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43