01 İyul 2026
Dünya futbolu

“Çelsi” heyətini gücləndirir

“Çelsi” “Kristal Pelas”ın vingeri Maykl Olisi transfer etmək üçün prinsipial razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “zadəganlar” 21 yaşlı futbolçu üçün 45 milyon avro (təxminən 39 milyon funt sterlinq) ödəyəcək.

Olisenin “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Portal Transfermarkt onun dəyərini 38 milyon avro qiymətləndirir.

O, ötən mövsüm klubun heyətində Premyer Liqada 37 oyuna çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43