29 İyun 2026
Ölkə futbolu

“Qəbələ” millimizin sabiq qapıçısını heyətinə qatdı

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

İdmanxeber.az-ın məlumata görə, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib.

Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Əzizli U-17 və U-19 yığmalarının şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43