22 İyun 2026
Dünya futbolu

Sabiq “Qarabağ”lı Səudiyyə Ərəbistanı klubunda

“Əl-Xalij” sabiq “Qarabağ”lı İbrahim Şehiçlə razılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, bosniya və herseqovinalı qapıçı “Konyaspor”lu komanda yoldaşlarıyla vidalaşıb, yaxın zamanda Səudiyyə Ərəbistan klubuna qoşulacaq.

Şehiç 2013-2018-ci illər arasında “Qarabağ”da oynayıb. O, bu müddətdə 168 oyuna çıxıb və 87 oyunda qapısını toxunulmaz saxlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43