22 İyun 2026
Dünya futbolu

“Qalatasaray” – “Fənərbağça” oyununun Bakıda keçirilməsi üçün danışıqlar gedir

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek SOCAR ilə imzalanan sponsorluq müqaviləsi zamanı mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhəbəri “Qalatasaray”la “Fənərbağça” arasında keçirilməli olan Supekubokun Bakıda oynanmasını arzuladıqlarını etiraf edib. Özbək bunun üçün çalışmaların davam etdiyini və yekun qərarı Türkiyə Futbol Federasiyasının verəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43