“Kəpəz” komandası futbolçusu Elnur Cəfərovla müqavilənin müddətini uzadıb.
İdmanxeber.az-ın məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə sözləşmə imzalanıb.
Qeyd edək ki, Elnur Cəfərov ötən mövsümün ikinci yarısını Gəncə təmsilçisinin əvəzedici komandasında keçirib.

