22 İyun 2026
Dünya futbolu

“Qalatasaray” daha bir dünya ulduzu ilə anlaşdı

Viktor Nelsson “Qalatasaray” rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, danımarkalı müdafiəçinin növbəti ünvanı İngiltərə və ya İtaliya ola bilər.

Nelsson 2021-ci ildə 7 milyon avroya “Kopenhagen”dən “Qalatasaray”a transfer olub. O, “sarı-qırmızılılar”da 81 oyuna çıxıb və 2 qol vurub.

Türkiyənin “Haber Global” nəşri yazır ki, İstanbul təmsilçisi danimarkalı müdafiəçinin yerinə Serxio Ramosla anlaşıb. Ötən mövsümü PSJ-də keçirən ispaniyalı hazırda azad agentdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43