“Real”ın müdafiəçisi Ferlan Mendi zədə səbəbindən 1 ay meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, fransalı müdafiəçi yoxlama oyunu çərçivəsində keçiriləcən “Barselona” görüşündə (0:3) diz nahiyəsindən zədə alıb.
Mendinin zədəsinin bərpasının 1 ay çəkəcəyi gözlənilir, onun əvəzinə Fran Qarsiya mövsümün əvvəlində sol cinah müdafiəçisi olacaq.

