22 İyun 2026
Dünya futbolu

Simeone Moratanı buraxmaq istəmir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Alvaro Moratanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ispaniyalı forvardı buraxmaq istəmədiklərini bildirib:

“Hər şey klubdan və ondan asılıdır. O, bizim üçün çox vacib oyunçudur. Morata heç bir oyunçuda olmayan xüsusiyyətlərə malikdir. Alvaro dərin oynayır, hündürdür, əla baş zərbəsi var. Ümid edək ki, bizimlə qalsın. Komandanın onun oyununa ehtiyacı var”.

Daha əvvəl “Roma”, “Milan”, “İnter”, “Yuventus”un 30 yaşlı ispan üçün mübarizə aparmağa hazır olduğu bildirilirdi.

Morata ötən mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43