“Ferrari” Şarl Leklerlə yeni sözləşmə imzalamaq barəsində razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, yeni müqavilənin müddəti 2+3 illik olacaq.
Lekler 2019-cu ildən bəri İtaliya komandasında yarışır. O, bu müddətdə 94 yarışa çıxıb, 5 qələbə qazanıb. Fransalı pilot 27 dəfə podyuma çıxıb və 20 pol qazanmağı bacarıb.
“Ferrari”nin digər pilotu Karlos Sayns da komanda yoldaşına verilən yeni müqavilənin eynisini tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

