20 İyun 2026
Dünya futbolu

İranlı futbolçu sıradan çıxdı

“Bayer”in hücumçusu Serdar Azmun sol ayağından aldığı zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan kənarda qalıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı iranlının sol ayağında vətər zədəsi var. Azmunun “Zenit”ə qayıda biləcəyi məlum olub. “Bayer” futbolçu üçün ən azı 10 milyon avro almaq istəyir.

O, 2022-ci ilin yanvarında Rusiya klubundan Leverkuzen təmsilçisinə keçib. 2022/23 mövsümündə hücumçu komandanın heyətində 33 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43