07 İyun 2026
Dünya futbolu

“Tottenhem”dən növbəti transfer

“Tottenhem” Miki van de Ven üçün “Volfsburq”la razlığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu niderlandlı mərkəz müdafiəçisi üçün Almaniya təmsilçisinə bonuslarla birlikdə 50 milyon avro ödəyəcək. Oyunçunun yaxın zamanda İngiltərəyə gəlib tibbi baxışdan keçdikdən sonra uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Van de Ven “Tottenhem”in bu yayki sayca 4-cü transferi oldu. Daha əvvəl Premyer Liqa klubu Ceyms Meddison, Gulyelmo Vikario və Manor Solomonu heyətinə qatmışdı.

22 yaşlı müdafiəçi otən mövsüm 33 Bundesliqa oyununa çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43