“Marsel” Ruslan Malinovskiylə yolları ayırmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, Fransa Liqasına uyğunlaşmaqda çətinlik çəkən ukraynalı yarımmüdafiəçi son hazırlıq oyununda da vaxt almamışdı.
Bu ilin yanvar ayında “Marsel” klubuna keçən Malinovski 23 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt saytına görə oyunçunun dəyəri 15 milyon avro təşkil edir.

