07 İyun 2026
Ölkə futbolu

Konfrans Liqası: klublarımızın oyunlarına hakim təyinatları

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 10-da Bakıda keçiriləcək “Neftçi” – “Beşiktaş” matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Lukas Fandrix matçın baş hakimi olacaq.

Ona yan xətdə Conas Erni və Guillaume Mayre kömək edəcək. Lionel Tsçudi isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. 

“Sabah” – “Partizan” görüşünü isə gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Yan xətdə ona Levan Varamişvili və Zaza Pipia yardım göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauri olacaq.

Avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Partizan” oyunu saat 20:00-da, “Neftçi” Arena”da oynanılacaq “Neftçi” – “Beşiktaş” matçı isə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43