Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan Rahid Əmirquliyev karyerasını başa vurub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu kimi son komandası “Səbail” olan Rahid bundan sonra klubun Futbol Akademiyasında məşqçi olaraq çalışacaq.
Misli Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Səbail” – “Sumqayıt” oyunundan bir qədər öncə “Səbail”in İcraçı direktoru Firuz Abdulla sabiq kapitana xatirə hədiyyəsi təqdim edib.
Rahid Əmirquliyev karyerası ərzində Azərbaycan çempionatları tarixində 451, 2018-ci ildən etibarən “Səbail”də isə 120 qarşılaşmada meydana çıxıb.