20 İyun 2026
Ölkə futbolu

“Sabah” – “Partizan” oyununa nə qədər bilet satılıb?

UEFA Konfrans Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Partizan” görüşünə bilet satışı davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, sözügedən qarşılaşmaya 1500 bilet satılıb. Hazırda da satışların davam etdiyi bildirilir. Matç gününə qədər bu rəqəmin artacağı gözlənilir.

“Sabah” – “Partizan” görüşü avqustun 10-da, saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43