“Əl-Hilal” Marko Verratti üçün etdiyi təklifi 30 milyondan 45 milyon avroya yüksəldib.
İdmanxeber.az-ın məlumatına görə, PSJ-nin bu təklifi də qəbul etməyəcəyi gözlənilir. Paris klubu bu yay italiyalı yarımmüdafiəçini satmaq istəmir.
Verratti 2012-ci ildən PSJ-də çıxış edir. O, klubun tarixində 416 matçla ən çox oyuna çıxmış 2-ci oyunçudur.

