UEFA Konfrans Liqasının III mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq “Partizan” dəstəksiz qalacaq.
İdmanxeber.az-a “Sabah” klubunun mətbuat xidmətindən verilən məlumata görə, Serbiya təmsilçisinin heç bir azarkeşi Bakı səfərinə gəlməyi vacib bilməyib. Buna görə də, avqustun 10-da “Bank Respublika arena”da keçiriləcək görüşdə “Partizan” dəstəksiz qalacaq.
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Tərəflər arasında cavab oyunu 1 həftə sonra Serbiyda olacaq.

