20 İyun 2026
Ölkə futbolu

Azərbaycan futbolu tarixində belə bir şey olmamışdı

UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü üçün satışa çıxarılan biletlər tükənib.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər cəmi 9 dəqiqədə onlayn qaydada satılan biletlərin hamısını alıblar. Bu, indiyə qədər bilet satışında ən çox maraq görülən qarşılaşma olub. 

Bir çox azarkeş biletlərin qısa vaxtda tükənməsindən narazılıq edib.

Xatırladaq ki, “Neftçi” – “Beşiktaş” avqustun 10-da saat 20:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43