UEFA Konfrans Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Partizan” görüşünə bilet satışı davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, sözügedən qarşılaşmaya 1500 bilet satılıb. Hazırda da satışların davam etdiyi bildirilir. Matç gününə qədər bu rəqəmin artacağı gözlənilir.
“Sabah” – “Partizan” görüşü avqustun 10-da, saat 20:00-da başlayacaq.

