“Əl-Əhli” Merih Demiralı heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan klubu bu transfer üçün “Atalanta”ya 20 milyon avro ödəyəcək. Türk futbolçuya isə 3 illik 33 milyon avroluq müqavilə təklif edilib.
Merih 2 mövsümdür oynadığı “Atalanta”da 70 oyuna çıxıb və 3 qol vurub.