“FİBA “Europe Cup”da iştirak edəcəyimiz üçün rəhbərlik və oyunçular tərəfindən işə fərqli yanaşma var. Bu səbəbdən də məşqlərə erkən başlamışıq”
Bu sözləri idmanxeber.az saytına “Sabah” basketbol komandası ilə müqavilə bağlayan Rüstəm Əliyev deyib. O, daha sonra belə davam edib:
“Sabah” olaraq aldığımız məsuliyyətin fərqindəyik. Hamımız “Europe Cup”a ciddi yanaşırıq. Turnirin nə qədər önəmli olduğunu deməyə ehtiyac yoxdur. Hər kəs bunun fərqindədir. Qrupumuzda “Donar” (Niderland), “Rabotniçki” (Makedoniya), “Rapid” (Avstriya) kimi güclü rəqiblər var. Hamısı büdcə və təcrübə baxımından bizdən üstündürlər. Təbii ki, bizim üçün çətin olacaq. Ancaq onu da deyim ki, heyətimiz yaxşıdır səviyyədədir. Əlavə oyunçuların gəlib-gəlməyəcəyini zaman göstərəcək”.
Xarırladaq ki, “Sabah”ın avrokuboklardakı mübarizəsi oktyabr ayında başlayacaq.

