02 İyul 2026
Kateqoriyasız

“Bavariya” “Mançester Siti”nin oyunçusu ilə danışıq aparır

“Bavariya” cari transfer pəncərəsində yeni qapıçı axtarışlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, hazırda “Mançester Siti”nin qapıçısı Stefan Orteqa ilə danışıqlar aparılır.  “Bavariya”ya keçmək qərarı tamamilə futbolçunun özündən asılıdır. 

2022/23 mövsümündə 30 yaşlı Orteqa “Mançester Siti”nin heyətində 14 oyuna çıxıb, 7 qol buraxıb və 9 dəfə qapısını qola bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43