“Nyukasl” “Çelsi”nin müdafiəçisi Lyuis Hollu icarəyə götürdüyünü açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı ingilis 2023/24 mövsümünün sonuna kimi yeni komandası ilə müqavilə imzalayıb. Oyunçu 20 nömrəli formanı seçib.
İcarə müddəti bitdikdən sonra “Nyukasl” futbolçunun müqaviləsini almaq hüququna malik olacaq.
2022/23 mövsümündə Hall “Çelsi”nin heyətində 14 oyun keçirib və 1 qol vurub. Transfermarkt portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.

