UEFA Avropa Liqası pley-off mərhələsi cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” görüşünü yayımlayacaq kanal bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, matç “CBC Sport” kanalından yayımlanacaq. Oyunun anonsu artıq telekanalın proqramına daxil edilib.
“Qarabağ” – “Omoniya” matçı avqustun 31-də, saat 20:00-da başlayacaq. Tərəflər arasındakı ilk görüş təmsilçimizin qələbəsi ilə başa çatıb -2:0.

