“Lion”un hücumçusu Amin Sarr icarə əsasında “Volfsburq”a keçib.
İdmanxeber.az-ın məlumatına görə, klublar arasında müqavilə 2023/24 mövsümü üçün nəzərdə tutulub.
22 yaşlı isveçli hücumçu 2023-cü ilin yanvarından “Lion”da çıxış edir. O, Fransa klubunun heyətində 18 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt Sarrı 8 milyon avro qiymətləndirib.