“Avrokuboklarda çıxış edən heç bir rəqib bizim üçün asan deyil. “Qarabağ”ın son iki oyununa baxın. Komanda HİK və “Olimpiya”nı çətinliklə keçdi. Avropa Liqasındakı görüşlər də o cür olacaq”.
Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məşqçi Zaur Həşimov “Qarabağ”ın Avropa Liqası qrup mərhələsindəki şanslarını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:
“Qrupumuzda yer alan hər 3 ölkədən futbol olaraq geridə qalırıq. Almaniyadan ümumiyyətlə, danışmağa dəyməz. Hansı səviyyədədirlər bəllidir. Ancaq yenə də qrupdan çıxmaq şansımız var. “Bayer” qrupun açıq favoritidir. “Molde” isə əla komandadı. Onların “Qalatasaray”la oyunlarına baxdım. Kifayət qədər sürətli və kollektiv oyun sərgiləyirlər.
“Məncə, hər şeyə rəğmən “Qarabağ” “Hakken” və “Molde”ni qrupda üstələyə bilər. Əgər transferlər olsa, yaxşı nəticə də görə bilərik. Komanda mütləq güclənməlidir. “Molde” və “Haken”ə evdə qalib gəlib, səfərdə uduzmasaq növbəti mərhələyə yüksələ bilər “Qarabağ”. Ən pis halda isə 3-cü yeri turub, Konfrans Liqasında çıxış etmək olar”.
Həsən Quluzadə