İtaliyanın “Torino” klubu Duvan Zapatanı 1 illik icarəyə götürüb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilədə 7 milyon avro satınalma məbləği də var.
Turin klubu kolumbiyalı hücumçunun çıxış edəcəyi beşinci İtaliya klubu olacaq. O, Seriya A-da 284 oyunda 109 qol vurub.

