11 İyul 2026
Ölkə futbolu

AVRO-2024: Millimiz Belçikaya məğlub oldu – YENİLƏNİB

Millimiz bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan görüş Belçika millisinin qələbəsi ilə baça çatıb -1:0.

Canni De Byazinin yetirmələrinin 4 oyundan sonra aktivində 1, Belçikanın isə 10 xalı var.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
17:00. Azərbaycan – Belçika 0:1 

Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya – 10 (4 oyun), Belçika – 10 (4), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (4)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43