22 İyul 2026
Ölkə futbolu

“Neftçi” Rusiya Premyer Liqasının bəzi klublarından güclüdür”

Rusiyalı futbolçu İlya Kuxarçuk “Matchtv”yə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı hücumçu 2020-2023-cü illərdə Rusiyanın “Ximki” klubunda birgə çıxış etdiyi Reziuan Mirzovun yay fasiləsində “Neftçi”yə transferini dəyərləndirib:

“Neftçi” Rusiya Premyer Liqasının bəzi klublarından güclüdür. Mirzovun buradan ayrılmasına “Ximki”nin aşağı liqaya düşməsi də təsir göstərdi. Məncə, “Neftçi” layiqli seçimdir. “Neftçi” çox güclü komandadır. Mirzov da yüksək keyfiyyətə malik oyunçudur. Ona uğurlar arzulayıram”.

Qeyd edək ki, Reziuan Mirzovun “Neftçi” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43